Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı açıqlanıb.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.
X.Mikayılov onu da qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.

Yorum Gönder