Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Sabahdan qışın kiçik çiləsi başlayır...
Author: Unknown
Rating 5 of 5 Des:
Bu gün qışın daha mülayim hesab edilən böyük çiləsi bitir, sabahdan isə daha soyuq sayılan kiçik çilə başlayır. AMEA-nın Coğrafiya İnst...

Bu gün qışın daha mülayim hesab edilən böyük çiləsi bitir, sabahdan isə daha soyuq sayılan kiçik çilə başlayır.
AMEA-nın Coğrafiya İnstitutundan bildiriblər ki,dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən "Böyük çilə" dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur:
"Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur".
İnstitutdan əlavə edilib ki, iyirmi gün davam edən "Kiçik çilə"də isə "Böyük çilə"yə nisbətən hava adətən daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:
"Kiçik çilə"də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir".
İnstitutdan o da bildirilib ki, çilələrlə bağlı hər hansı elmi araşdırma aparılmayıb. Bu fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan Azərbaycanın bəzi bölgələrində böyük çilədən kiçik çiləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri "çilə qarpızı" ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çilə qarpızları" kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.
Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:
"Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir".(trend)

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top