Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Azərbaycanda qar uçqunu oldu, ölənlər var - YENİLƏNİB
Author: Unknown
Rating 5 of 5 Des:
Qar bir ailənin yaşadığı evin üstünə düşüb Qar uçqununa məruz qalan evdə Qasım və Zöhrab Mustafayev qardaşları ailələri ilə birgə y...
Qar bir ailənin yaşadığı evin üstünə düşüb
Qar uçqununa məruz qalan evdə Qasım və Zöhrab Mustafayev qardaşları ailələri ilə birgə yaşayıblar. İstiPress-in cənub bürosunun əldə etdiyi ən son məlumatlara görə, uçqun nəticəsində ölənlər bunlardır:
1. Qaynana - 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva;
2. Gəlin - 1994-cü il təvəllüdlü İlahə Mustafayeva;
3. 2015-ci il təvəllüdlü  Zəhra Qasımqızı;
4. 2016-cı il təvəllüdlü Uğur Qasımov.
Qar altından qalan evdən bir nəfər sağ çıxarılıb. Bu, 2016-cı il təvəllüdlü Elcan Zöhraboğludur. Qeyd edək ki, artıq meyitlər qarın altından çıxarılıb. Məlumat üçün bildirək ki, hadisə baş verən vaxtı qardaşlar və ataları həyətdə olublar. Onların yaşadığı Orand kəndi Lerikin ən ucqar yaşayış məntəqəsidir.
saat 13:18
İstiPress-in cənub bürosunun məlumatına görə, uçan ev Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayevin atasına məxsusdur. Ölənlər onun anası, qardaşının həyat yoldaşı və uşaqlarıdır.
saat 13:00
Lerik rayonunda qar uçqunu baş verib. İstiPress-in cənub bürosunun məlumatına görə, hadisə Orand kəndində baş verib. 
Saat 12:30-da Mustafayev Hamil Hadulla oğluna məxsus ev qar uçqunun altında qalıb. Qar yığını evin üzərinə düşüb. Bir otaq tamamilə qarın altında qalıb. Həmin vaxt ailə üzvləri uçan otaqda olublar. 
Gəlin, qaynana və iki körpə uşaq olub. Qar altında qalan ailə üzvlərinin hamısı ölüb. 
Hadisə yerinə gələnlər evdəki bir uşağı xilas edə biliblər. 
FHK sədri Habil Məlikovun verdiyi məlumata görə, bu dəqiqə komissiya üzvləri, hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə gedirlər.  

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top