Banklarda dolların alış qiymətləri sürətlə düşür.
“Marja” xəbər verir ki, dünən axşamdan və bu gün səhərdən başlayaraq Dolların alış qiymətləri 1.91-1.92 manatlardan 1.88 manata endirən banklar günorta saatlarından sonra alış qiymətlarini daha da aşağı salmağa başlayıblar. Məsələn, artıq 1 Dolları CDB Bank 1.86 manata, Unibank 1.8650 manata alır. Səhər saatlarında bu bank dolları 1.88 manata alırdı.
Hazırda AccessBank 1 dolları 1.8740, Yapı Kredit Bank 1.8750 manata, AtaBank 1.87 manata alır.
Səhər saatlarında 1 dolları 1.89-1.91 manat səviyyələrindən alan əksər banklar məzənnəni 1.88 manata endiriblər.
Banklarda əldə etdiyimiz məlumata görə Dollar satanlar çoxalıb.
Qeyd edək ki, bir çox banklar manat vəsaitlərinə malik olmadıqları üçün əhalidən yüksək məbləğlərdə Dollar almaqda çətinlik çəkirlər. Eyni zamanda əhalinin də yığım məqsədli artıq pulu olmadığı üçün Dollara tələb aşağıdır.


Yorum Gönder