Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: BU GÜN HAVA NECƏ OLACAQ?..
Author: Unknown
Rating 5 of 5 Des:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Fevr...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 08-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək,  arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 08-də səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Xəbərdarlıq
Fevralın 08-i gündüz şimal rayonlarından başlayaraq fevralın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top