Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: CƏLİLABADLI GƏNCİN PALÇIQDAN HAZIRLADIĞI HEYKƏLLƏR...
Author: Unknown
Rating 5 of 5 Des:
02.02.2017 11:19   Cəlilabad rayonunun Ləkin kəndində yaşayan Orxan Əliyev palçıqdan,qırmızı kərpicdən və mişar daşından heykəllər d...
02.02.2017 11:19

 Cəlilabad rayonunun Ləkin kəndində yaşayan Orxan Əliyev palçıqdan,qırmızı kərpicdən və mişar daşından heykəllər düzəldir.

  
"Region-xeber-tv.blogspot.com"   xəbər verir ki,   istedadlı gəncin bu sənətə həvəsi tam təsadüf nəticəsində yaranıb...
  O, ilk belə palçıq heykəli kiçik  yaşlarında, çay qırağında  mal qara otararkən  düzəltməyə başlayıb.Sonradan bu bacarığı daşlar üzərində davam etdirərək,əl işlərinin sayını 50-yə çatdırıb.Onun hazırladığı heykəllər  içərisində Cəlilabad rayonunun əsasını qoyan Məşədi Məhəmmədin,Milli qəhrəman Mübariz İbrahimovun və digər əsgər heykəlləri xüsusi yer tutur.
 Onun sözlərinə görə canlandırmaq istədiyi heykəlləri öz gözləri önündə, xəyalında təsəvvür etdikdən sonra  yaratmağa çalışır
 Bu sənəti heç bir müəllimin köməyi olmadan öyrəndiyini deyən Orxan bu işdə müəllimi  olarsa böyük həvəslə heykəltaraşlıq sənətinin sirlərinə yiyələnmək arzusundadır.
 Müsahibimizə bu işdə atası yaxından köməklik edir.Oğlundakı bu həvəsi görən ata onun müsabiqələrər qatılmasını və məhşur heykəltaraş olmasını arzulayır.
Əvvəllər düzəltdiyi heykəlləri  tanışlarına hədiyyə etsə də, indi satışa çıxarmağı düşünür. Lakin rayon mərkəzindən xeyli uzaqda yaşaması onun bu arzusunun gerçəkləşməsinə mane olur.














REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top