Cənub
bölgəsinə yağan qar ərisə də amma Cəlilabadın ucqar dağ kəndləri var ki, orada
qar hələ də əriməyib. Bundan istifadə edən uşaqlar da dağdan sürüşməklə qışın
dadını özlərinə məxsus formada çıxarırlar. Qarın yağmasına həmişə böyüklərdən də daha çox uşaqlar
sevinir. Uşaqların qartopu oynaması, bir-birini qartopuna tutması kənardan
baxanlar üçün gözəl bir mənzərə yaradır.Cəlilabadda da uşaqların bir qismi
qardan adam düzəldir, bəziləri isə xizəkləri olmasa belə təpəlik ərazidən dərəyə
doğru qar üzərində sürüşürlər. Cəlilabadın dağ kəndlərində uşaqlar qış əyləncəsinin
dadını belə çıxarırlar. Hər gün müxtəlif vaxtlarda onlar beləcə bir araya gələrək
kəndin ən yüksək təpəlik ərazilərində toplanırlar.Maraqlısı budur ki, uşaqların
bəziləri sürüşmək üçün öz valideyinlərinin avtomobil salonundakı ayaqaltı
rezinlərindən, bəziləri polietilen örtüklərdən, hətta mikrodalğalı sobaların
içində dairəvi qablardan xizək əvəzi istifadə edirlər. Qar üzərində sürüşmək
üçün primitiv alətlərdən istifadə etdikləri üçün azyaşlıların geyimləri tez-tez
qar suları ilə islanır. Lakin paltarlarını dəyişdikdən sonra yenidən əyləncə məkanına
qayıdırlar.
REGİON XƏBƏR
REGİON XƏBƏR:
Materiallardan istifadə etdikdə hiperlinklə istinad etmək zəruridir.
Reklamınız Burada
Kaydol:
Kayıt Yorumları (Atom)

Yorum Gönder