Qazan köşkü rayon
mərkəzindən təqribən 30 kilometr arlıqda, Musalı kəndinin şimal-qərb hissəsində
yerləşir.Bu ərazi Cəlilabad rayonun istənilən yerindən açıq aydın görünür.
Elxani Hökmdarı Qazan xanın (1295-1304) burada yurd salmasına əsas səbəb
isə ətraf ərazilərə nəzarət etmək və bütün
ticari karvan yollarının burda kəsişməsi onun üçün xüsusi əhəmiyyət kəsb edib
və beləliklə bu ərazi Qazan Köşkü kimi
tarixdə qalıb.
Tarixçi Elşad Əmənov "Region-xeber-tv.blogspot.com"-a
müsahibəsində bildirib ki,Qazan xan sözü gedən ərazidə yay düşərgəsi
saldırmış, öz çadırını isə həmin qalanın şərq hissəsində qurdurmuşdur.
Həmin yerdən tapılan həndəsi fiqurlu bişmiş gil nümunələri bunun əyani sübutudur.
Qala yeraltı və yerüstü
olmaqla iki hissədən ibarətdir.İnşa olunarkən yerüstü hissədə bişmiş
kərpiclərdən,yeraltı hissədə isə çay daşlarından istifadə olunmuşdur.
Tarixçi Elşad Əmənovun sözlərinə
görə Qalanın mərkəzindən 35 metr
dərinliyində quyu qazılmış və buradan yeraltı yollar vasitəsi ilə digər
ərazilərə çıxış tunelləri də mövcüd
olmuşdur.
Qala haqqında bir çox məlumatlar mövcuddur.Onlardan biri də bu
məkanın daha əvvəlki tarixi dövürlərdə rəssadxana kimi istifadə olunduığu,digər
varaiantlarda isə zərdüştlük rituallarının keçirildiyi yer kimi də bildirilir.
Bu tarixi obyekt 1971 ci
ildən etibarən SSRi dövlət təhlükəsizliyi Komitəsinin qeydiyyatında olub.
Savet höküməti vaxtında qala məhv edilərək xalqı öz tarixi keçmişindən uzaq salmışdır.

Yorum Gönder