Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: GÖZÜNÜZ AYDIN DOLLAR DÜŞDÜ-AZƏRBAYCANDA
Author: Unknown
Rating 5 of 5 Des:
Xəbər verdiyimiz kimi, 2 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda mana...

Xəbər verdiyimiz kimi, 2 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşmışdır. Bu gün səhər rəsmi məzənnə 1.92 manat səviyyəsində elan edilmişdi.
 
“Marja” xəbər verir ki, hərracda dolların ucuzlaşmasının ardından banklar alış qiymətini aşağı salmağa başlayıblar. Qeyd edək ki, Dolların ucuzlaşmasını hiss edənlər əvvəlcədən bankların filiallarında və “qara bazar”da hərracın bitməsini gözləyirdilər. Dolları ucuz alıb baha satmaq istəyənlər, indi satışa keçiblər. Çoxları səhər saatlarında Dolları "qara bazar"da 1.92 manatdan satsa da, gözləməyə üstünlük verərnlər uduzublar.
 
Banklar Dolları daha ucuz almağa başlayıblar.
 
Məsələn, Dolların alış qiymətini Unibank 1.91 manatdan 1.90 manata, Amrahbank 1.9150 manatdan 1.9050 manata salıb.
 
Satış qiymətləri də aşağı düşüb. Dolların satış qiymətini Amrahbank 1.9450 manatdan 1.9350 manata endirib.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top