"Region-xeber-tv.blogspot.com" xəbər verir ki,O əslən
bu sahədə daha çox misgər sənətkarların yetişdiyi İsmayıllı rayonunun Lahıc kəndindəndir.
Masallıda
çox az ailənin məşqul olduğu bu peşə artıq unudulmaq üzrədir. Misgər bu sənətin
ona ata-babasından qaldığını,misgərliyin sirlərini isə 15 yaşında atasından öyrəndiyini
deyir.Bu gün də misgərlik sənətini
yaşatmağına səbəb isə onda bu sənətə olan həvəs və marağından irəli gəlir.
Misgər
emalatxanasında misdən və bürüncdən qazan,məcmeyi,tava,teşt və digər qablar
hazırlasa da əsasən misdən suviner qablar düzəldərək onların üzərinə döymə
naxışlar vurur.Döyülən naxışlarda isə milli ornamentlərə daha çox üstünlük
verir.
Taleh
ustanın sözlərinə görə düzəldilən hər bir qab və suviner diqqət və zəhmət tələb
edir.Bunun üçün də bir suvinir qabın hazırlanmasına 2-3 gün vaxt sərf edir.Bu
qabların satışı zəif olsa da rayona gələn turist və qonaqların diqqətini cəlb
edir,bəzi turistlər isə bu qablardan
alaraq öz ölkələrinə aparırlar. Qabların qiymətinə gəlincə isə ölçüsündən aslı
olaraq 50- 100 manat arası dəyişir.
Taleh
usta deyir ki,əvvələr düzəltdiyimiz qablara daha çox ehtiyac var idi,çünki hər
bir ailə gəlin köçən qızına mis qablardan cehzlik verərdilər.İndiki dövürdə isə
belə qablara baxan yoxdur.
Sənətkar
ata-babalarından qalan bir əsirlik bu peşəni davam etdirməklə yanaşı öz
davamçılarına da bu sənətin sirlərini öyrədir .

Yorum Gönder