·
Şüşə üzərində rəsm sənəti çox az yayılmış incəsənət sahələrindən biridir. Bu sənət xüsusi
şüşə olan “qəhvəyi fümə” üzərində hazırlanan sənət növüdür.
"Region-xeber-tv.blogspot.com" xəbər verir ki,şüşə üzərində rəsm sənəti özündə
bir neçə sənət növünü - şüşə üzərində döymə,rəssamlıq,oymaçılıq və nəqqaşlığ
sahələrini birləşdirir.
XX əsrdə əsası qoyulan bu sənətə ölkəmizdə maraq çox olsa da peşəkar məşqul
olanların sayı azdır.
Belə peşəkar rəssamlardan
biri də Salyan rayon sakini İlham İsayevdir.
İlham qalın şüşə üzərinə insan rəsmləri həkk edərək demək olar ki, rəssamlıqda əsl inqilab
edib. Belə ki, qalın, çox möhkəm şüşələr üzərində xüsusi alətlərlə həkk olunmuş
insan portretləri öz mötəşəmliyi ilə göz oxşayır
İxtisasca tərcüməçi
olan İlham altı-yeddi
yaşlarından şəkil çəkməyə başlayıb.
Gənc rəssamın sözlərinə görə yaradılan hər hansı bir əsər təkrar olunmur.Çünki
hazırlanan əsərlərdə hər hansı bir səhv bütün əziyyəti hədər edə bilər.
Şüşə üzərində yaranan əsərlər bir neçə
mərhələdən keçərək ərsəyə gəlir.Belə ki,ilk öncə əsərin eskizi çəkilərək şüşə
üzərinə həkk olunur,sonra isə oyma işləri başlayır,sonuncu mərhələ isə
rənglənmə və naxışlama prosesidir.Bir
əsər ən tezi 5 aya hazırlamaq olur.
Rəssamın bu işdə əsas məqsədi bu sənətin
ölkəmizdə öz yerini tapması və milli mədəniyyətimizdə qeyd olunaraq dünyaya çatdırılmasıdır
Rəssamın
hazırladığı əsərlər içində ümummilli lider
Heydər Əliyevin,Azərbaycan respublikasının prezidenti İlham Əliyevin, Heydər Əliyev fondunun prezidenti Mehriban xanımın, İngiltərə kraliçası II Elizavetanın və s. bu kimi tanınmış şəxsiyyətlərin rəsmləri şüşə üzərində oyularaq həkk edilmişdir .
Rəssamın əl işləri bir
çox müsabiqə və yarışlarda qalib olaraq diplom və mükafatlara layiq görülüb.

Yorum Gönder