Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Son dəqiqə: Atatürk hava limanında atışma...
Author: Unknown
Rating 5 of 5 Des:
Atatürk hava limanının girişində bir mikroavtobus polisin “dur” əmrinə tabe olmadığı üçün polis avtomobilin təkərlərinə atəş açmaq məcburi...
Atatürk hava limanının girişində bir mikroavtobus polisin “dur” əmrinə tabe olmadığı üçün polis avtomobilin təkərlərinə atəş açmaq məcburiyyətində qalıb.

Bu gün səhər yerli vaxtla 04:05 radələrində baş vermiş hadisə zamanı hava limanına girə bilməyəcəyini anlayan mikroavtobus sürücüsü geri dönərək gəldiyi istiqamətə qaçıb.

Əldə olunan məlumata görə hadisə Atatürk hava limanının əsas girişində yerləşən nəzarət buraxılış məntəqəsinin girişində baş verib.Nəzarət buraxılış məntəqəsindəki polislər şübhələndikləri bir mokroavtobusa saxlayaraq yoxlamaq istəyiblər. İçərisində üç nəfərin olduğu bildirilən mikroavtobus hava limanına daxil ola bilməyəcəyini anlayaraq geri dönərək hadisə yerindən uzaqlaşıb.
Bunu görən polislər də nəqliyyat vasitəsinin təkərlərinə atəş açıblar və daha sonra mikroavtobusu təqib etməyə başlayıblar.

Şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top