Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: SON DƏQİQƏ:Cəlilabadda yol qəzası nəticəsində 2 nəfər öldü...
Author: Unknown
Rating 5 of 5 Des:
Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində 2 nəfərin ölümü il...
Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Qəza kiçik tutumlu yük maşını ilə “BMW” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
 Qəza nəticəsində ölənlərin şəxsiyyəti məlum olub. Bunlar Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.
İlkin məlumata görə, “BMW”nin sürücüsü və salondakı sərnişin hadisə yerində ölüb. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılardan biri Sabirabad rayonu, Surra kənd sakini, 25 yaşlı Yunis Yusif oğlu Əsgərovdur.
Faktla bağlı araşdırma aparılır.(report)

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top