"Cesur ve Güzel" serialında "Fügen" obrazını canlandıran Tilbe Saran ölkədə keçiriləcək referenduma "Yox" deyəcəyini açıqlayıb.
“Region Xəbərləri Azərbaycan” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, fikrini belə açıqlayıb:
"Yeni konistitusiyaya "yox" deyirəm. Çünki seçdiyim millət vəkillərinin idarəçiliyi tək bir adama ötürməsinə etiraz edirəm. Ədaləti tək insanın öhdəsinə buraxmağa "yox" deyirəm. Ölkəmin təhlükəsizlik, təhsil, səhiyyə və siyasətini tək bir adama buraxmağa "yox" deyirəm. Azadlıqlar və demokratiya üçün "yox" deyirəm".
Qeyd edək ki, Türkiyədə parlament idarəçiliyindən prezident idarəçiliyinə keçmək üçün referendum keçiriləcək. Prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləyən bəzi məşhurlar sosial mediada "Referenduma hə" kampaniyasına başlasalar da, onlara etiraz edən tanınmışlar da az deyil.
"Cesur ve Güzel"in aktrisasından Ərdoğana "yox"
Title: "Cesur ve Güzel"in aktrisasından Ərdoğana "yox"
Author: Unknown
Rating 5 of 5 Des:
Author: Unknown
Rating 5 of 5 Des:
"Cesur ve Güzel" serialında "Fügen" obrazını canlandıran Tilbe Saran ölkədə keçiriləcək referenduma "Yox" de...


Yorum Gönder