Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Cəlilabadda Çar Rusiyası dövründən günümüzə qədər qalan iki tarixi kilsədən biri hazırda rayonunun Günəşli kəndində yerləşir.
Author: Unknown
Rating 5 of 5 Des:
     Cəlilabadda Çar Rusiyası dövründən günümüzə qədər qalan  iki  tarixi kilsədən biri hazırda rayonunun Günəşli kəndində yerləşir.   “...
    Cəlilabadda Çar Rusiyası dövründən günümüzə qədər qalan  iki  tarixi kilsədən biri hazırda rayonunun Günəşli kəndində yerləşir.
 “REGİON XƏBƏRLƏRİ-AZƏRBAYCAN” xəbər verir ki, Tarixi abidədə Sovetlər dönəmində təmir işləri aparılmasına başlansa da işlər yarımçıq qalıb.Kilsənin hazırda ciddi restavrasiyaya ehtiyacı var.
    Ötən əsrin 80-cı illərinə kimi Pakrovka kimi adlanan Günəşli kəndi ərazisinə  ruslar 1888 -ci ildə köçürülüb. Ərazidə  məskunlaşdıqdan 2 il sonra yəni, 1890-cı ildə xristian inanclı ruslar  öz dini ayinlərini  icra etmək üçün hazırki  kilsəni inşa etməyə başlayıblar.Məlumata görə  tkinti işlərində istifadə olunan qırmızı kərpiclər də elə  kilsənin yaxınlığındakı karxanada istehsal olunurmuş. Kilsənin tikntisi bir neçə ilə yekunlaşıb.
   Uzun müddət xristian inanclı insanlar burada  müxtəlif dini ayinlər icra ediblər.Kilsənin ətrafında məktəb eləcə də digər inzibati binalar olub
    Ötən əsrin 80-cı ildə yerli kalxozun maliyyəsi hesabına təmir olunması üçün kilsənin dam örtüyü sökülüb.Lakin  təmir zamanı rus əsilli ustalardan birinin ehtiyatsızlıqdan yıxılaraq dünyasnı dəyişməsi işlərin yarımçıq qalmasına  səbəb olub.Hazırda ciddi restavrasiyaya ehtiyacı olan, tarixi kilsə dövlət mühafizəsinə götürülmüş yerli əhmiyyətli memarlıq abidələrmiz sırasına daxil edilib.








REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top