Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Cəlilabadlı ingilis dili müəllimin qeyri-adi əl işləri....
Author: Unknown
Rating 5 of 5 Des:
   Cəlilabad şəhər sakini, ixtisasca ingilis dili müəllimi olan 6 8 yaşlı Yusif Əliyev həm də  maraqlı əl işləri ilə tanınır . O, uzun i...
   Cəlilabad şəhər sakini, ixtisasca ingilis dili müəllimi olan 68 yaşlı Yusif Əliyev həm də  maraqlı əl işləri ilə tanınır. O, uzun illərdir tərəvəz və meyvə toxumlarından müxtəlif əl işləri hazırlayır.

“Region Xəbər Azərbaycan”   xəbər verir ki, bitki toxumlarından ilk əl işini hələ 10-cu sinifdə oxuyarkən hazırlayıb. Əsgər gedib qayıdandan sonra bu işə daha böyük həvəs göstərib.Müəllimliklə yanaşı bitki toxumlarından və tullantılardan istifadə etməklə böyük əsərlər yaratmağa başlayıb.

Yusif müəllim əl işlərini hazırlayarkən xammal kimi əsasən tərəvəz, göyərti və meyvə toxumlarından,düyü və müxtəlif çöl bitki toxumlarından istifadə edir. O, daha çox illüstrasiya,kompozisiya və portret janrında əsərlər yaradır.
   Özünün dediyinə görə, işlənmiş hər hansı məişət əşyasının atılmasını heç cür rəva bilmir. Məsələn, onun istifadə olunmuş birdəfəlik üzqırxanlardan hazırladığı əl işinə baxarkən heyrətlənməyə bilmirsən. Yusif müəllim muzeyləri bəzəməyə layiq olan onlarla bu cür sənət əsərinin  müəllifidir. 
Yusif müəllim deyir ki, hər hansı əsər üzərində işləməmişdən əvvəl kağız üzərində onun eskizini hazırlayır,sonra isə əsəri yartmağa başlayır. 
Onu da qeyd edək ki, Yusif Əliyev hazırladığı sənət əsərlərinə gəlir mənbəyi kimi baxmır. Dediyinə görə, əgər bunlara gəlir mənbəyi kimi baxsaydı, indi evində onlardan heç biri qalmazdı: "Əlbəttə, istəsəydim əsərlərimi sata da bilərdim. Heydər Əliyevin, İlham Əliyevin portretini, eləcə də illüstrasiyaların bir çoxunu almaq istəyən olub, amma  satmamışam. Mənim əl işlərimdir, qoy qalıb, gələcəkdə övladlarım baxıb görəcəklər ki, var. Amma deyim ki, sifariş qəbul etmişəm. Onu da boş vaxtımda etmişəm".


Yusif müəllimin əl işlərindən ibarət əsərləri bir neçə dəfə Cəlilabad Dövlət Rəsm Qalereyasında sərgilənib.


REGİON XƏBƏR

Reklamınız Burada

Sonrakı
Sonraki Kayıt
Əvvəlki
This is the last post.

Yorum Gönder

 
Top