Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Diqqət: Azərbaycanın bu bölgəsində 9 ballıq zəlzələ gözlənilir
Author: Unknown
Rating 5 of 5 Des:
Yanvarın 29-da Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət...
Yanvarın 29-da Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən CNNBaku.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22.20-də qeydə alınıb.
Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb. Xəzərdə ardıcıl ikinci zəlzələnin baş verməsi, həyəcan təbili ola bilərmi? Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli saytımıza bildirib ki, bu tip zəlzələlər mütəmadi qeydə alınır. Azərbaycanda seysmoloji durumdan danışan Cənab Yetirmişli, bir sıra proqnozlar da verib. O bildirib ki, Naxçıvanda tarixən 9 bal gücündə zəlzələlər olub və indi də gözlənilir.
“Naxçıvan Muxtar Respublikasında 9 ballıq zəlzələ ocaqları var. Dünyanın heç birin yerində zəlzələni əvvəlcədən müəyyən edən cihaz yoxdur. Biz yalnız seysmik ocaqlara əsaslanaraq fikir söyləyə bilirik”- deyə mərkəz sədri bildirib.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top