ELŞAD ƏMƏNOV: İTMİŞ MƏDƏNİYYƏTİN İZİ İLƏ...
30 ildən artıqdır doğma kəndimin tarixini öyrənməyə çalışıram.Topladığım maddi-mədəniyyət nümunələri yeddi min illik tarixi dövr haqqında fikir söyləməyə əsas versə də daha mükəmməl nəticənin sorağı ilə yaşamışam. Ayrı-ayrı faktlar öz-özlüyündə mükəmməl görsənsə də əsil gerçəklik haqqında rəy verməyə kifayət etmirdi. 2016- cı ilin avqust ayının 5-ində və 11-də kənd sakini Anar Qasımovun evinin günçıxan tərəfində yol-bərpa işləri zamanı iki küp-qəbir aşkarlandı.Hər iki küpün 80%-i tamamilə məhv olmuşdur.Zəruri hal olduğundan həmin küp-qəbirlərdə təmizlik işi aparmalı oldum.Birinci küp-qəbirin içərisindən 78 əşya tapıldı. Müxtəlif rəngdə və olçüdə muncuqlar, iki ədəd kömür ,baş sancağı,iki ədəd tuncdan hazırlanmış üzük, üç ədəd tuncdan hazırlanmış döymə naxışları olan dairəvi formalı bəzək əşyası. Göy rəngli, ortası köbərli, ümumi olaraq dörd deşiyi olan (uzunluğu 1.5 sm.)muncuq, qara və qırmızı rəngli məişət əşyası və s. tapıldı.Aşkar olan dişlərə görə küp-qəbirin 9-12 yaşlı qız uşağına aid olduğunu söyləmək mümkündür. Küpün olduğu yer fiziki təsirlərə məruz qaldığından yerini nisbətən dəyişmiş, onlarla hissəyə parçalanmışdır. Odur ki, dəfn istiqamətini müəyyən etmək mümkün olmadı. Lakin, təcrübəyə əsasən onu söyləmək mümkündür ki, ümumiyyətlə küp qəbirlərin basdırılma istiqaməti Günəşin hərəkətinə hesablanır.Ayrı-ayrı yerlərdə aşkar olan küp qəbirlərin basdırılması relyefini öyrənən zaman müəyyən şərtlərin olmasını müşahidə etmək mümkündür.
1) Günəşin çıxma anında onun şüalarının düşdüyü yerdən başlayır, Günəş batan zamanı son şüaların düşdüyü yer küp qəbirlərin basdırılması üçün şərtdir.
2) Nəzərdə tutulmuş ərazinin su axarına (50-100m.)yaxın olması ikinci şərtdir.
3) Küp qəbirlər cay ilə müəyyən olunmuş yer arasında yamacın başlandığı yerdə basdırılır.
Çox vaxt küpün cənub istiqamətində basdırıldığı haqqında danışılır. Mənim fikrimcə, dəfn zamanı vahid istiqamət nəzərə alınmır.Dəfn prosesi Günəşin səmadakı duruş anını nəzərə alaraq həyata keçirilirmiş...
Tapıntıların içərisində balıqqulağından ibarət boyunbağının olması diqqətçəkici fakt oldu. Peşəkar arxeoloqlarla apardığım sorğulardan məlum oldu ki, indiyə qədər belə bir fakt aşkarlanmayıb. Balıqqulağılar içərisində nisbətən daha böyk olanı cilalanaraq xüsusi formaya salınmışdır. Belə formalardan adətən qəbilə və ya tayfanın müqəddəs hesab etdikləri qadınalar daşıyardı. Fakta əsasən söyləmək mümkündür ki, yaşının az olmasına baxmayaraq küp-qəbirdəki qız qəbilə və ya tayfanın “ANASI”olub.Yəni, müqəddəs ANA. Bizim üçün adi olan balıqqulağının boyunbağı kimi istifadə olunması tarixi cəhətdən maraq doğurmaya bilməz...bununla əlaqədar iki versiya söyləmək mümkündür:1) Balıqqulağı hədiyyə kimi verilib. 2)Bu qadın gəlmə hesab oluna bilər. Birinci halda məna odur ki,yerli əhalinin dəniz sahilləri ilə əlaqəsi olub.Nəzərə alsaq ki, tək-tək adamların uzaq məsafələrə hər-hansı bir səfəri ağlabatan deyil,deməli, həmin istiqamətdə gediş-gəliş –ticarət əlaqələri olub.Eyni zamanda, bu əlaqələr qarşılıqlı olaraq mümkün olub.Nəticədə o da məlum olur ki, həmin vaxt, küp-qəbirin mövcud olduğu dövrdə (təqribən e. ə.1-ci əsrdə)dinclik, firavanlıq vaxtı olub.
Ikinci halda,burada dəf olunan qadın kənar bir yerdən gəlmədir...və ya gətirilmədir.Gəlmə deyəndə onun gəlişi tək olaraq nəzərə alınmır...
Müfəssəl nəticə əldə edə bilməsəm də yeni tapıntılar ümidi ilə axtarışı davam etdirməli idim. Küp qəbirdən tapılan kömür, kristallaşmış orxa dini inancla bağlı xarakterik əhəmiyyət kəsb edir.
Növbəti həftə eyni yerdə, əvvəlki Küp qəbirə paralel olan ikinci Küp qəbir aşkar olundu. Ağır texnikanın və digər fiziki təsirlərin səbəbindən bu da tikələnmiş, tam yararsız hala düşmüşdü. Burada nəyinsə salamat qalmasına ümidim olmasa da qarışmış torpağı təmizləməli oldum. Buradan təqribən 40-50 yaşı olan kişiyə aid qabaq dişlər, iki ədədə yararsız görkəmə düşmüş iki saxsı qab, iki ədəd qara rəngli üçbucaq formalı daş, 13 sm. uzunluğunda baş tərəfi sağa-sola çıxıntısı olan tunc sancaq tapıldı. Tapılan nümunələr içəsində xüsusi əhəmiyyət kəsb edən əşyanın üzərində vurma işarəsinin olması idi. Daşın uzunluğu 2.2 sm.-dir; qara rəngdə olmaqla qənbər daşından hazırlanmışdır. İlk baxışdan bu iki Küp qəbirin eyni ailəyə aid olması qənaətinə gəldim. Vurma işarəsi olan daşın möhür olması şübhəsizdir. Qəbilə “ANA”sının möhür sahibi qəbilə başçı ilə paralel dəfn olunması onların eyni ailəyə mənsub olduqlarını bildirsə də bir çox suallar cavabsız qalmaqdadır. Məsələn :1) Qəbilə başçısının ölmü ilə 9-12 yaşlı qadının ölümü arasında əlaqə varmı ? 2) Dini ayinin geçirilməsi ardıcıllığını necə müəyyənləşdirməli ?
Qırmızı rəngli oxranın və hər iki Küp qəbirdə aşkar olan kömürün tapılması təxmini fikir söyləməyə əsas versə də istədiyimiz suallar yenə də cavabsız qalır. Lakin, daş möhürün izi ilə qalan suallara cavab tapmaq mümkündür. Möhür aid olduğu qəbilənin və ya tayfanın tarixinin yaddaşında olan məsələlərə aydınlıq gətirməlidir.
Apardığım müqayisəli təhlillərdən sonra alınan nəticəni mühüm tarixi hadisə kimi dəyərləndirmək olar. Belə ki, 2006-cı ilin yanvar ayında Buravar kəndindən tapılmış mixi yazı kimi başa düşdüyüm bişmiş gil qab üzərindəki yazılar bu ərazidə Şumer mədəniyyətinin izlərindən xəbər verirdi. Odur ki, nə vaxtsa əlavə arxeoloji materialların tapılması ehtimalı gözlənilən idi. Ümidi ilə yaşadığı hadisə 10-il sonra – 2016-cı ilin avqust ayında Şatırlı kəndində baş verdi. Bir həftə ərzində aşkar olan iki Küp qəbirlərdəki əşyayi-dəlillər təxminən 2100-2400 il bundan əvvəl bu ərazidə şumer inanclarının, mədəniyyətinin izləri müəyyən olundu. Mənim fikrimcə, iki paralel Küp-qəbirlərin biri icmanın, qəbilənin rahibəsinə, digəri isə qəbilə başçısınına məxsusdur.
Daş möhür üzərindəki vurma işarəsi Şumer inancları arasında Dingir ( Dingirmah) adlı allaha məxsusdur. Dingirlər qeyr-adi istedada malik olublar. Onlar Şumer panteonuna görə “allahlar” kimi qəbul edilsə də insanlar kimi yaşayır, öyrədir, nümunə olur, şəxsi həyat yaşayırlar. Qeyd edim ki, Şumer yazı lövhələrində 1500-ə qədər tanrı adları çəkilir.Bu da panteonun çoxsaylı olduğunu bildirir. Əsas allah, yəni allahlar -allahı MU adlanır. Son iki cümlədə təzadlı fikirlərin olduğunu hər kəs hiss edə bilər. Məsələ ondadır ki, bu cümlələr Şumer allahları, inancları haqqında ayrı-ayrı tədqiqatçıların əsərlərindən götürülüb. Əslində söylənilən fikirlərdə məntiq yoxdur. MU allahlar alllahı kimi cəciyyələndirilir. Arxeoloji qazıntılarda “Allahların” bütlərinə rast gəlinsə də, MU-ya aid heç bir büt (heykəl) hələki tapılmayıb. Əyər, allahlar da insanlar kimi şəxsi həyat sürürsə, onların əsl Allah olmalarına şübhə yaranır. Indi üçüncü fikir irəli sürülür : Şumerlərdə 1500 - ə qədər allah yox, 1500-ə qədər peyğəmbər olub...
Şumer gil kitabələrindən birində olan yazının mətni bu mənada çox maraqlıdır.Həmin mətndə qeyd edilir ki, ümumdünya daşqınından çox-çox əvvəl Yer üzündə svilizasiya yaradanları iki zümrəyə bölürdülər: Dingirlər və Anunnaklar. Dingirlər Ani sülaləsinə aid edilirdilər. Anunnaklar isə sadə adamlar idi. Dingirlər Yerdə qayda-qanun yaratmaq üçün göndərilmişdilər. Digər tərəfdən isə Şumer ərazisində aparılan arxeoloji qazıntılarda dingirlərə aid büt (heykəl) və onların yanında tac, əsa və çomağın tapılması dingirlərin ali zümrə olduğuna, daha doğrusu, hökmdar-peyğəmbər olmalarına dəlalət edir. Yəni yaradan yox, yaranan varlıq (insan)olduğu aşkar surətdə bilinir. Digər tərəfdən, üç əşyanın anlamı da dingirlərin insan olduğuna işarə edir:
TAC – HÖKMDARLIQ RƏMZİDİR.
ƏSA – MÜDRİKLİK RƏMZİDİR.
ÇOMAQ – HAKİMİYYƏT RƏMZİDİR.
Islamda 124000 peyğəmbərin varlığında söhbət açılır. Şumerlərdə isə onların sayının 1500-ə qədər olması məntiqə uyğundur.
+ işarəsi Şumerlərdən alınmalıdır. Mesopotomiyada xaç tanrı Dumuzinin (Təmmuzun) rəmzi olmuşdur. Təmmuz Günəş tanrısıdır. Həyatverici qüvvə kimi başa düşülür.
X işarəsi isə dingir peyğəmbərin (ifadə mənimdir) simvoludur.
Şumer kosmoqoniyasının əsasında göyün(anu), yerin(ki), axirət dünyasının (kur) vəhdəti ideyası dururdu. Məhz Küp-qəbirlərdəki arxeoloji nümunələr yuxarıdakı fikrimizi tamamlamaq gücündə olduğunu güman edirəm. Yəni Küp-qəbirdən aşkar olmuş vurma işarəli daş möhür sahibinin qəbilə və ya tayfa başçısı olduğunu sübut edir.
İstifadə edilmiş ədəbiyyatlar:
1)Aydın Əlizadə “Qədim Şumer-Akkad dini və onun digər dünya dinlərinə təsiri”,”Dövlət və Din ictimai fikir toplusu”-2008.-N4.s.91-93.
2) “Şumer tarixi və ya kilidi “ müəllif .Aminə. 21.01.2010. (internet)
3) Vikipediya-Dingir.


Yorum Gönder