Bir vaxtlar unun üyüdülməsində
geniş istifadə olunan əl dəyirmanlarına
hazırda təlabat olmasa da rayonlardakı
ucaqar kəndlərdə hələ də bu dən üyüdən daşlardan istifadə olunur.Hətta bu dən daşları bəzi ailərlərin xeyir
bərəkət rəmzinə də çevrilib.
“REGİON XƏBƏRLƏRİ-AZƏRBAYCAN” xəbər verir ki,Cəlilabad
rayon Abudullu kənd sakini Surə Musayeva gənc yaşlarndan bu günə qədər evində qoruyub saxladığı dən daşından hələ də
istifadə edir.80 yaşlı Surə nənəyə bu əl daşını atası
cehizlik hədiyyəsi kimi bağışlayıb.
Nənə deyir ki, bir vaxtlar bu əl dəyirmanlarında çəkiləcək
buğda əvvəlcə yaxşı qurudulurdu.Elə buna
görə də bu daşlarda üyüdülən undan
bişirilən çorəyin gözəl quxusu olmaqla yanaşı,
həm də çörək xeyli yumşaq olurmuş.Lakin
hazırda bunlardan unun üyüdülməsində istifadə olunmadığı üçün alətin daşları da uzun müddətdən bəridir itilənmir.
Hazırda az istifadə olunsa da Surə nənə
gəlinlərinə, hətta nəvələrinə belə bu əl dəyirmanında dən üyütməyi öyrədib.
Dünya görmüş qadın dən daşının daima işlədilməsinin ailəyə xeyir, bərəkət və bolluq gətirdiyinə də inanır.
Yorum Gönder