Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: 80 yaşlı Surə Musayeva: "Keçmişdə Su Çərşənbəsi xüsusi əhval ruhiyyə ilə keçirilirdi."
Author: Unknown
Rating 5 of 5 Des:
                    Böyük çillədən sonra Novruzun gəlişinin ilk carçılarından biri su çərşənbəsidir.. Bayram da məhz bu çərşənbədən ba...
                 
  Böyük çillədən sonra Novruzun gəlişinin ilk carçılarından biri su çərşənbəsidir.. Bayram da məhz bu çərşənbədən başlayır.
Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının bu su ilə gedəcəklərinə inanırlar.
   Cəlilabad rayon sakini  80 yaşlı Surə Musayeva keçmişdə bu günü xüsusi əhval ruhiyyə ilə keçirildiyini deyir.Onun sözlərinə görə su üstünə gedən hər bir adam bütün dərdlərindən azad olarmış.
  Hətta Surə nənə onu da deyir ki, qızlar saçından kəsib axan çaya atırmış ki, bütün arzuları çin olsun."Axar çaydan gətirilən suyu quyulara,ağacların dibinə,evlərə səpərdik ki,həmin il ruzili-bərəkətli olsun."
Folklorşunasların fikrincə Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır. Bunu kainatın yaradılışı ilə də əlaqələndirirlər.
İllərin sücgəcindən keçərək bu günki günümüzə qədər gəlib çıxan Çərşənbələr indi də bayram kimi qeyd olunur...





REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top