Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: ADI "QIRMIZI KİTABA" DÜŞƏN İLAN BALIĞI...
Author: Unknown
Rating 5 of 5 Des:
   İlanbalığı olduqca dəyərli balıqdır. Dadına-tamına da söz ola bilməz. Bir vaxtlar Kür çayında Qızılbalıq, xaşam, şirbit, çəki, nərəcin...
  İlanbalığı olduqca dəyərli balıqdır. Dadına-tamına da söz ola bilməz. Bir vaxtlar Kür çayında Qızılbalıq, xaşam, şirbit, çəki, nərəcinsli balıqlarla yanaşı ilanbalığı da bol olub. Yaşlıların dediyinə görə, Böyük vətən müharibəsi illərində, nəinki Salyanlılar, Kür boyu yaşayan bütün sakinlər məhz bu balıqların, xüsusi ilə ilanbalığının ətindən və yağından istifadə etməklə aclıqdan xilas ola bilib.
  Maraqlısı odur ki, ilanbalığı ildə bir dəfə nəsil verir. Adətən dənizdə yaşayan ilanbalığı kürüləmək üçün qışda Kür və digər çaylara keçir. Mütəxəssislərin dediyinə görə, kürüləmək üçün qışda çaya girən ilanbalığı çox yağlı olur. İlanbalığının əti və yağı isə bir çox- göz, yel, mədə-bağırsaq və digər xəstəliklərin dərmanıdır. Amma son illər dənizin çirklənməsi ilə ekoloji tarazlığın pozulması nəticəsində bu qiymətli balığın nəsli kəsilmək üzrədir. Elə bu üzdən də bazarlarda ilanbalığına az-az rast gəlmək olur. Mütəxəssislər isə, ilanbalığının süni yolla artırılması biotexnikasını işləyib hazırlamaq və körpələri süni yolla yetişdirib çaylara buraxmaq təklifini irəli sürürlər. Onların fikrincə, əgər vaxtında lazımi tədbirlər görülməzsə, bir neçə ildən sonra adı Qırmızı kitaba düşən ilanbalığının nəsli tamamilə kəsilə bilər.






REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top