Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Göyçayda сanavarlar 40-dan çox qoyunu parçaladı...
Author: Unknown
Rating 5 of 5 Des:
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçi...
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçiplaq və Qızılağac kəndlərində qeydə alınıb.
Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-u parçalayaraq tələf edib, 18-i isə ağır yaralayıb. Həmçinin, yırtıcı heyvanlar Ləkçiplaq kənd sakini Ramiz Yusifova məxsus tövləyə hücum edərək oradakı 23 baş qoyundan 6-nı öldürüb, 9-u yaralayıb.
Xəsarət alan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dizinfeksiya edilərək torpağa basdırılıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
Qeyd edək ki, ötən həftə canavarlar Ləkçiplaq kənd sakini Şirvan Kərimova məxsus 7 baş qoyunu parçalayaraq tələf etmiş, 4-ü yaralamışdı.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top