Vüsal adlı pasientim (ad şərtidir) mənə müraciət etdi ki, qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, mənə kömək edə bilərsinizmi? Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən pulun qalığını da istəyə bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, əllilik vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", “qalığını” qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, mənə kömək edin.
Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.) Dedi haradan bildiniz, yoxsa siz də görmüsüz? Dedim yox, səndən qabaq da birinə ilişmişdi; həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür...
Nə isə, bi neçə seansdan sonra qadın cin bir də Vüsalı narahat etmədi. Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar.
Paşa Yaqub
Psixoterapevt.

Yorum Gönder