Yardımlının Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovun qarlı havada şagirdlərini məktəbə apararkən çəkilən fotoşəkli sosial şəbəkədə yerləşdirilib və böyük marağa səbəb olub.
Nəcəf Məhərrəmov 21 ildir qarlı-şaxtalı havalarda şagirdlərini məktəbə özü aparıb-gətirir. Bu qış gördüyü mənzərə Dəlləkli kənd sakini Sakit Ziyadovun diqqətini cəlb edib və o, çəkdiyi fotonu sosial şəbəkədə paylaşıb. Təsadüfən çəkilən fotoşəkildən sonra müəllimin bu nəcib hərəkəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Nəcəf müəllim deyir ki, şəkil sosial şəbəkələrdə yayıldıqdan sonra müxtəlif bölgələrdən ona çoxlu təşəkkür zəngləri gəlir.
Şagirdlərinə təkcə qarda deyil, həyatda da cığır açan müəllimin arzusu onları gələcəkdə elmli və savadlı görməkdir.(azərtac)

Yorum Gönder