Neftçalada
“Mersedes” yol kənarındakı ağaca çırpılıb. Hadisə bu gün səhər saatlarında
Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən
hissəsində qeydə alınıb. Belə ki, Neftçala sakini Sabit Əsədov idarə etdiyi
“mersedes” markalı minik avtomobili ilə Salyan istiqamətində hərəkətdə olarkən
anidən idarəetməni itirib. Yol sürüşkən olduğundan avtomobil yolun kənarındakı
ağaca çırpılıb. Nəticədə avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Buna
baxmayaraq avtomobilin sürücüsü qəzadan xəsarətsiz ötüşüb.
Faktla bağlı
araşdırma aparılır.

Yorum Gönder