Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: “Qürur hissi ilə deyə bilərərm ki, mənim Mübariz kimi qəhrəman bir oğlum var.”
Author: Unknown
Rating 5 of 5 Des:
Bu qış İbrahimov ailəsinin Mübarizsiz keçən 7-ci ad günüdür.İlk dəfə 2011 ci ilin 7 fevralında qəhramanın xatirəsi ilə qalmışdılar baş-b...
Bu qış İbrahimov ailəsinin Mübarizsiz keçən 7-ci ad günüdür.İlk dəfə 2011 ci ilin 7 fevralında qəhramanın xatirəsi ilə qalmışdılar baş-başa.Onda itkiləri  daha təzə və çox acı idi. Sığındıqları isə təkcə o idi ki vətən yolunda şəhid olmuşdu övladları.
   
    "Region-xeber-tv.blogspot.com"   xəbər verir ki,
   Mübariz İbrahimov 1988-ci il  fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994 -cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005 -ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu ildə gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək  Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur.Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Ağkərim kişi deyir ki mən xəyalımda Mübarizi hələdə böyütməmişəm. O mənim yaddaşımda uşaq kimi qalıb.Bəlkə də ona görə də onun yoxluğuna alışa bilməmişəm.

   Dünya birliyinin haqqı  itirdiyini və qarabağ savaşında dövlətimizin təkləndiyini bildirən şəhid atası ədalətin bərpa olacağına inandığını bildirdi.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top