Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb.
Author: Unknown
Rating 5 of 5 Des:
Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan   “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb. “Region ...
Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan  “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb.
“Region Xəbər Azərbaycan”  xəbər verir ki, Cəlilabad rayon sakini 31 yaşlı Elçin Quliyev uşaq yaşlarından avtomobil rəsmləri çəkməyə üstünlük verib.Son zamanlar isə çəkdiyi şəkilləri daha da maraq doğurduğundan bir yeniliyə imza atıb.
 Onun sözlərinə görə ilk dizayn verdiyi  avtomobil “Cadillac ats” maşını olub.O bu avtomobilə  yeni dizayn verərək Şirkətin Moskva filialına göndərib. Eskizlər Şirkət nümayəndələrinin diqqətini cəlb edib.Daha sonra isə   avtomobilin 3D formatında istəyiblər,amma Elçin komputer proqranlarını bilmədiyindən dizayn verdiyi maşını 3D formatına gətirə bilməyib.
Bir müddət sonra O, kardondan tam yeni dizaynda  “Lamborghini” avtomobili hazırlayıb.4 aya ərsəyə gətirdiyi avtomobil 4 sərnişinli ,motor həcmi 6.7, 700 at gücündədir.Hətta o vatomobilinə ad verib-  “VİSİYON AS 70” . Əsasən “SPEED CAR” modellərinə üstünlük verən Elçin  yeni dizaynda da avtomobillər üzərində çalışır.

Dizayner yaxın günlərdə Müəllif Hüquqları Agentliyinə əl işlərinin qorunması üçün müraciət edəcək.Daha sonra isə hazırladığı modeli  “Lamborghini” avtomobil şirkətində göndərəcək.Son qərar isə   “Lamborghini” avtomobil şirkətinin olacaq.Şirkətdən müsbət cavab alacağına inanan Elçinin ən böyük arzusu Azərbaycanı Avropoda dizayn üzrə müsabiqələrdə təmsil etməkdir.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top