Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Donuzla insan calaq edildi - Elmdə RƏZALƏT...
Author: Unknown
Rating 5 of 5 Des:
T ezliklə qarşınıza donuz başlı, insan bədənli məxluqlar çıxsa təəccüblənməyin...        Y aponiyanın Kinki Universitetinin beynəlxalq ...
Tezliklə qarşınıza donuz başlı, insan bədənli məxluqlar çıxsa təəccüblənməyin... 
     Yaponiyanın Kinki Universitetinin beynəlxalq tədqiqatçılar komandası llk dəfə olaraq donuzla insanın hibridindən ibarət olan embrion əldə ediblər. 

Bu haqda İsrail mediasına istinadla xəbər verir. Alimlər buna insanın gövdə hüceyrələrini ilk inkişaf mərhələsində olan donuz embrionuna yeritməklə nail olublar. Nəticədə onlar 2 mindən çox hidbrid əldə edərək bunları  ana donuzun bətninə yerləşdiriblər. 150 embrion ximeralara- genetik cəhətdən müxtəlif hüceyrələrdən ibarət olan orqanizmlərə çevrilib. Bu orqanizmlərdə  çox az- təxminən hər 10 min hüceyrədən biri insan hüceyrəsi olub. Qeyd edək ki, ximera – qədim yunan mifologiyasında şir başlı, keçi bədənli, ilan quyruqlu əcaib varlıqlara deyilir. Donuz və insan hibridinin embrionuna 28 gün inkişaf etməyə imkan verdikdən sonra onları donuzun  bətnindən çıxarıblar.
Alimlər ümid edir ki, guya  insan və donuz hüceyrələrinin qarışdırılması ilə gələcəkdə köçürmə (transplatasiya) üçün “ideal” orqanlar əldə edəcəklər. Eləcə də bu eksperimentlər yeni dərman preparatlarının effektiv sınaqdan çıxarılmasına şərait yaradacağı güman edilir.

    P.S.Xatırladaq ki, Allahın sonuncu Kitabı –Qurani-Kərimdə(Maida surəsi,3; Ənam, 145; Nəhl, 145) də,   digər səmavi kitablar - Bibliyada (Bibliya, Təsniyə kitabı, XIV, 8), ayrıca Tövratda (Levililər, 11:4) da donuz insan üçün haram buyurulmuşdur. Bu baxımdan donuzla insanın hibridləşməsinin onsuz da əksəriyyətin donuz ətini çəkinmədən yediyi bəşəriyyətdə daha hansı rəzalətlərə gətirib çıxaracağı təxminən məlum olur...

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top