Yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub
Madaqaskarda toy karvanı qəzaya uğrayıb. "report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.
Məlumata görə, hadisə Andjozorob şəhərində, paytaxt Antananarivdən 90 kilometr şimal-şərqdə baş verib. Belə ki, yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub.
Onlardan 9-u uşaqlar, 27-i qadınlar, 9-u kişilərdir. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb.
Andjozorob şəhər merinin sözlərinə görə, ölənlərin çoxu sudda boğulanlardır. Ölənlər toy karvanının sərnişinləridir. "Təxminən 70 nəfəri dasıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb" – deyə o bildirib.
Mer qeyd edib ki, bəylə gəlin də həmin avtomobilin içində olub. Qəza zamanı sürücü də həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır
SON DƏQİQƏ: TOY KARVANI QƏZAYA UĞRADI: 45 ÖLÜ, 24 YARAL
Title: SON DƏQİQƏ: TOY KARVANI QƏZAYA UĞRADI: 45 ÖLÜ, 24 YARAL
Author: Unknown
Rating 5 of 5 Des:
Author: Unknown
Rating 5 of 5 Des:
Yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub Madaqaskarda toy karvanı qəzaya uğrayıb. "report...


Yorum Gönder