"Region-xeber-tv.blogspot.com" xəbər verir ki, onlardan biri erkən orta əsrlər dövründən yadigar qalan həsir toxuma sənətidir ki, bu da Masallıda qorunub saxlanılır. Lakin son vaxtlar, xüsusilə, nəmişlik yerlərdə çox əlverişli olan həsir əvəzinə insanlar xalı-xalçaya üstünlük verirlər. Həsir toxumaq keçmişdə kollektiv məşğuliyyət növü olub. Amma indi həsirə maraq azaldığından Musaküçə kəndində fərdi şəkildə məşğul olurlar. Kənddə bu işin əsl sənətkarı olan bir neçə yaşlı qadın var.
Bu
qadınlardan biri də 64 yaşlı Sidiqə Alışovadır. Sidiqə nənə deyir ki,düz 40 ildir,bu kəndə gəlin gələndən
həsir toxuyur.
Həsirin çətin işləri iyun ayında
görülür.Min
bir zəhmətlə su hövzələri, bataqlıq ərazilərdən
pizə və əriş deyilən xammal tədarük olunur. Həsirin əsas toxunma mövsümü isə
payız ayları sayılır. Amma qadınlar bu işlə ilin 12 ayı məşğul olurlar.
Cənub bölgəsində vaxtilə bütün evlərdə həsirdən istifadə olunub. Müasir dövrdə isə hər adam evinə həsir almaz. Amma ona maraq göstərənlər də olur. Bəzən də müştərilər həkim məsləhəti ilə gəlib həsir alırlar.
Sifarişə görə, həsiri müxtəlif həndəsi fiqurlarla da bəzəmək mümkündür. Qeyd edək ki, həsir toxuma sənəti Masallı ilə yanaşı, Astara rayonunda da yaşadılır.

Yorum Gönder