Hava

HAVA HAQQINDA
+C

Yük.: +

Düş.: 0°

Sa, 31.01.2017
 

Unknown Unknown Author
Title: Alimlər yeni qitə kəşf etdi – Qitələrin sayı 8 olacaq
Author: Unknown
Rating 5 of 5 Des:
Son araşdırmalara söykənən alimlər bildirirlər ki, Yeni Zellandiyanı əminliklə materik adlandırmaq olar. Bununla belə, onların sözlərinə...
Son araşdırmalara söykənən alimlər bildirirlər ki, Yeni Zellandiyanı əminliklə materik adlandırmaq olar. Bununla belə, onların sözlərinə görə, bura həmçinin  Yeni Kaledoniya da aiddir. Məsələ burasındadır ki, bu iki  ada bir qitə plitəsində yerləşirlər.
Bir çox ekspertlərbundan əvvəl də  Zellandiyaya qitə kimi baxmağa çağırmışdılar. Onlar iddia edirdilər  ki, bu ada qrupu nə zamansa  bir  qurunun hissəsi olub.
Yeni qitənin  sahəsi 5mln. kV. m-dir. Ərazisinin təqribən 94 faizi suyun altındadır.

Alimlər hesab edirlər ki, 100 milyon il əvvəl  Zellandiya  Qondvana superqitəsindən  ayrılıb. Bu da  Yer qabığının deformasiyasına gətirib, nəticədə materikin çox hissəsi suyun altında qalıb. Geoloqların  öz iddialarını  peyk müşahidələri, əsasən də qravimetriya ilə təsdiqləyirlər. Onların sözlərinə görə, Zellandiyanın yerində  okean qabığı, yaxud vulkanik süxurlar deyil, materik yerləşir.
 Müəlliflər  coğrafi qitələrin sayını 7-dən (Avropa, Asiya, afrika, Avstraliya, Antarktida, Şimali və Cənubi Amerika) Zellandiyanı da əlavə etməklə 8-ə qaldırmağı təklif edirlər.

Bununla belə, digər qrup alimlər bildirirlər ki, Zellandiyanı həqiqətən  materik adlandırmaq mümkündür, ancaq  həmkarları bunun üçün kifayət qədər dəlillər irəli sürməyiblər.

REGİON XƏBƏR

Reklamınız Burada

Yorum Gönder

 
Top