Ötən gün balıqçılar tərəfindən Xəzərin Ələt sahilində tapılan kişi meyitinin itkin düşən neftçilərdən biri, operator Vidadi Qurbanova məxsus olduğu ehtimal edilir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən İstipress-ə verilən məlumta görə, hazırda meyit üzərində ekspertiza aparılır.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bu günə kimi ancaq iki neftçinin meyiti tapılıb.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bu günə kimi ancaq iki neftçinin meyiti tapılıb.
Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyitinin aşkarlanması barədə məlumat yaymışdı. Məlumatda qeyd edilib ki, "Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək."(istipress)


Yorum Gönder